Müğənni Səbinə Əskərovanın AZXEBER.COM-a müsahibəsini təqdim edirik:
- Səbinə, bu günlərdə prodüser Təranə Səmədovadan ayrılmağınla bağlı xəbər yayılıb. Bu nə dərəcədə düzgündür?
- Bəli, həqiqətən ayrıldıq. Ancaq onu deyim ki, düşmən kimi ayrılmadıq, bəlkə də bir yerdə çox işləsəydik düşmən kimi ayrılardıq. Nə də olmasa aramızda xoşagəlməz söhbətlər olardı. Ayrılmaq haqda qərarı isə mən verdim. İndi də dostluq münasibətimiz qalır, dünən telefonla danışmışıq. Bundan sonraki fəaliyyətində də ona uğurlar arzulayıram.
- Səncə Azərbaycanda prodüsser-müğənni münasibətləri necə qurulmalıdır?
- Prodüser və sponsor arasında fərq var. Prodüser müğənnini sıfırdan götürüb,pul yatıran, maliyyələşdirən və daha sonra ondan pul götürəndir. Bizdə də bu yoxdur. Mən də bu səbəbdən bundan sonra hansısa prodüserlə işləyəcəyimə inanmıram. Gələcəkdə pr meneceri və köməkçi ilə işləyə bilərəm.
- Səbinə, 4 ildir ki, sənətdəsən geridə qalan 4 ilə baxdıqda nəyəsə görə peşman olursanmı?
- Yox, ancaq bəzən niyə bu çirkabın içinə düşdüyümü fikirləşirəm. Ancaq artıq burdayam və batmışam. Geri qayıtmağın mənası yoxdur. Mən bu aləmdə ikiüzlülük, yaltaqlıq, üzə gülüb, arxasınca quyu qazmağı gördüm. Bu mühitdə rastlaşdım mən bunlarla. Mənim sənətdə düşmənim yoxdur və düşmənçilik edən adam da deyiləm. Elə insanlardan uzaq durmağa çalışıram. Ancaq kənardan baxanda ikiüzlü insanları görmək asandı. Çox danışmaq da istəmirəm, çünki mən də onlarrın içindəyəm. Deməli mən də ikiüzlüyəm? (gülür)
- Səni tanıyanlarla danışanda haqqında səmimi, ürəyiaçıq bir qız olduğunu deyirlər...
- Mən hər zaman özüm olmağa çalışmışam. Özümü bic, çoxbilmiş kimi göstərmədim. Necə varamsa elə də oldum. İkinci bir sima taxmadım, özümü heç kimdən qorumadım. Bunun nəticəsində bəzilərinin sevimlisi oldum, bəzilərinin yox. Siz heç qalmaqal edən insanların üz cizgilərinə fikir vermisiniz? Onların üzündə həyasızlıq, abırsızlıq, sırtıqlıq var. Onların üz quruluşlarından bilinir bu. Ancaq məndə bu yoxdur. Mən çıxıb kiməsə söz atmağa utanıram, bu mənim həyat tərzim deyil.
- 4 ildir sənətdəsən, bu illər ərzində də kifayət qədər pul xərcləmisən, ancaq çox da iddialı deyilsən. Bu nə ilə bağlıdır? Səsinə inamsızlıqdandır yoxsa?
- Əsas hədəfim, sənətdə bir nöqtəyə gəlməkdir. Böyük hədəflərim yoxdur, çünki o sevgini qazandıqdan sonra saxlamaq da çətindir. Sevgi azaldıqca depressiyaya düşmək başlayır. Bu da ağılsızlıqdır. Ondansa addımla, ancaq yava-yavaş. Mən də asta-asta irəliləyirəm (gülür) Sənətdə olduğum 4 il mənə yalnız təcrübə qazandırıb, həyat təcrübəsi. Mən həmişə müğənni olmaq istəyirdim və musiqi təhsilim də var idi. Həmişə ətrafımda olan insanlara müğənni olacağımı deyirdim. Və bunu etdim. İndi məni görənlər də, "dediyini elədin” – deyirlər mənə.
- Sənətdə rəqabətin olmadığı, çox pulların dövriyyə etmədiyi bir dövrdə, maraqlı bir sual ortaya çıxır ki, Səbinədə bu qədər pul hardandı? Öz biznesi yoxdursa, sənətinə bu qədər pulu hardan xərcləyir?
- Sevgilim verir. Xərclərimi o qarşılayır. Mənə pul verir ki, get özünə brend mağazalardan hədiyyə al, mən də gedib mahnı alıram.
- Bu sənət yarandığı gündən kiminsə sevgilisini əlindən almaq, ona göz dikmək halları həmişə olub. Müğənni dostların da sənin sevgilin olduğunu bilir. Qorxmursanmı ki, nə vaxtsa, sevgilini əlindən alarlar?
- Yox, bu mümkün olan deyil. Çünki mən münasibətdə özümə çox güvənirəm və mən unudulmuram. Mənim yanımda olan sevgilim heç kimə baxmayıb, göz- qaş da etməyib. Bunu edə də bilməz. Çünki qadın ilk əvvəldən özünü necə göstərdisə münasibət elə də davam edəcək.
- İndiki sevgilini yarıyolda qoymamağına səbəb nədir? Onun sənə xərclədiyi pullar yoxsa həqiqi sevginiz?
- Mən o insanla sevgili olmaqla yanaşı, həm də dostam. Evdə demədiklərimi bu insana deyirəm. Yaxşı dostuq, məni arzularıma çatdırır. Ona çox minnətdaram, mənə ən yaxın insandır.
- Sevgilinizin ailəsi sizi tanıyır? Və sizin bu münasibətinizə münasibəti necədir?
- Onun ailəsinin bundan xəbəri yoxdur və olmayacaq da.
- Bəs bu sənə mane olmur?
- Xeyr. Onların mənə heç bir maneəçiliyi yoxdur. Kişilərin hamısının ikinci həyatı olur. Ancaq xanımına hörmət edən kişi xəyanəti heç vaxt hiss etdirməz. Ağıllı qadın bunu hiss etsə də biruzə verməz. Və mən bir şeyə əmin olmuşam ki, . Mən hansısa məclisə girəndə kişilərə yox, qadınlara baxıram.
- Səbinə, deyilənə görə sevgilin məmurdur.
- Məncə mən sizinlə kfayət qədər səmimi danışdım və bütün suallarınıza səmimi cavab verdim. Ancaq icazənizlə bu məsələylə bağlı danışmaq istəmirəm.
- Həyatın boyu neçə dəfə sevmisən?
- Həqiq sevgim bir dəfə olub. Digərləri onun kölgəsi olub. Həmişə ilk insana bənzəyən, ona aid olan insanları axtarmışam
- Tənha qalamqdan qorxursanmı?
- Yox heç qorxmuram. Əvvəl qorxurdum tənhalıqdan,ancaq indi heç qorxmuram.
- Sənətdə səni özünə rəqib görən var?
- Bəli var, elə müğənni var ki, o özünə 1 nömrə deyir ancaq məni gözü götürmür
- Övladınız var, ancaq heç vaxt onu sosial şəbəkə və ya televiziyada göstərmirsən. Bu onu qorumaq üçündür?
- İstəmirəm hələ ki. Bəlkə də 15 yaşı olandan sonra yanımda çıxardaram.
- Xanım müğənnilər üçün övladlarını qorumaq heç də asan deyil. Hətta bəzi müğənnilərin övladlarının açıq-saçıq fotoları da yayılır...
- Bu halların olmaması üçün övladıma vaxt ayırıram, onu gündəmə gətirmək istəmirəm.
- Son olaraq nə demək istərdin?
Yeni mahnım var və bu mahnıya ümidlərim çoxdur. Mahnı "sezon finali” adlanır. Bu mahnımı da sizə təqdim edirəm, ümid edirəm ki, oxucularınız bəyənəcək.