Əməkdar artist İzzət Bağırzadə sosial şəbəkədə ona xoşagəlməz fikirlər yazan dostlarından danışıb. Vaxtilə buna görə əsəbləşdiyini deyən müğənni artıq çarə tapıb.
Mynews.az bildirir ki, yeniçağ.az-a açıqlama verən sənətçi əvvəllər profilinin köməkçisi tərəfindən idarə olunduğunu da deyib:
"Əvvəllər profilimi köməkçim idarə edirdi, artıq-əskik sözlər çox yazılırdı, mən də əsəbiləşirdim. İndi artıq sosial şəbəkədə profilimə özüm nəzarət edirəm. İnsandır da, bir də görürsən kimsə nəsə yazır, amma mən ona baş qoşmuram, heç cavab da vermirəm. Çünki onlara baş qoşsam, gərək əsəblərim korlansın. Artıq-əskik sözlər yazan adamlara reaksiyam çox sakit şəkildə olur. Həmin adamları atıram "blok"a, ya da birdəfəlik silirəm. Yoxsa ki, oturum, əsəbləşim, kiminsə təhqirlərinə cavab yazım - artıq belə şeylər keçmişdə qaldı".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub