Müğənni Elvin Abdullayev evlilik verilişində iştirak edən azərbaycanlıları tənqid edib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, söhbət "Star TV"də yayımlanan "Zuhal Topalla" izdivaç verilişində iştirak edən azərbaycanlı iştirakçılar Əli Əkbər, Elmir İsmayılov və Naz Miladan gedir. İfaçı bu üçlüyün yerinə utandığını bildirib:
"Bu 3 azərbaycanlının yerinə mən utanıram. Orada bazar açıblar. Heç biri də o qızı özünə qadın eləyən deyil. Biri mənə başa salsın, bunlar neyləmək istəyirlər? Biri deyir, Əli mənim sevgilimi əlimdən alıb, o biri deyir, onu tanımıram...Utanmadan Azərbaycanın adını da çəkirlər. Azərbaycanın mərd, igid oğulları, əxlaqlı qızları var. Ölkəni belə təbliğ etmək olmaz".
Qeyd edək ki, Naz Mila ilk dəfə proqramda Baha adlı türkə elçi düşüb. Cütlük nişanlanıb. Daha sonra nişanı qaytaran Naz ona gələn Əli ilə sevgi yaşayıb. Əlidən də ayrılan Mila hazırda onun dostu ilə münasibətdədir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub