Rusiya bu il keçirilən “Eurovision” mahnı müsabiqəsində iştirak etməyəcək.
Bu barədə Avropa Yayım Şurası rəsmi bəyanatında bildirib. Bəyanatda qeyd olunub ki, Rusiyanın müsabiqədə iştirakı üçün iki təklif irəli sürülüb.
Birinci təklifdə Yuliya Samoylovaya yarışmaya videokörpü vasitəsiylə qoşulma şansının olduğu deyilib. Yayım Şurasının ikinci təklifi isə Rusiyanın başqa iştirakçı göndərməsidir.
Lakin, ölkənin birinci kanalı bu təklifləri rədd edib, yarışmaya qatılmayacaqlarını açıqlayıb.
Bu məqamda qeyd edək ki,Rusiya azərbaycana yüksək bal verən ölkələr sırasındadır. Müsabiqədə bu il Azərbaycanı təmsil edən Diana Hacıyeva Rusiyada keçirilən səsvermədə ilk 3-lüyə daxil olub.
Bununla da, Azərbaycana yüksək xal verən Rusiya yarışmadan imtina edib və müsabiqənin səsverməsində də iştirak etməyəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub