"Ceyhun natəmiz, Samir simic, Ədalət isə..." Müğənnilərin bərbəri danışdı - FOTOLAR

2373
"Ceyhun natəmiz, Samir simic, Ədalət isə..." Müğənnilərin bərbəri danışdı - FOTOLAR

Dünya məşhurları kimi bizim yerli şou-biznes nümayəndələri də daima öz imiclərinin qayğısına qalır, diqqət edirlər.

Verilişə, toya, yaxud hər hansı tədbirə həmişə özəl hazırlaşan müğənnilərimizin əsas müraciət etdiyi şəxslərdən biri də stilistlər, yaxud bərbərlərdir. Bəs hansı məşhurumuz bərbərə daha səliqəsiz, yaxud natəmiz gəlir? Yerli şou-biznes nümayəndələrimiz məşhurluğundan istifadə edib saçlarını pulsuz qırxdırır? Bu suallarımıza isə məşhurlarımızın müraciət etdiyi bərbərlərdən olan Cemil Özkoç cavab verib:

“Şou-biznes nümayəndələri işlərinə görə tez-tez gəlir və fərqli tərzdə saç stilləri istəyirlər. Ümummiyyətlə, əksər müğənnilər çox kaprizli və diqqəlitidirlər. Onlarla məşğul olmaq adi müştərilərlə müqayisədə daha çətin və daha məsuliyyətlidir. Çünki çox tələbkardılar. Açığı elə olur ki, müğənni saçındakı jele ilə, yaxud səliqəsiz gəlir. İşdən çıxır, hansısa verlişdən çıxıb tələsik gəlir. Ancaq daha çox saçında natəmizlik olan müğənni Ceyhun Qaladır. Onun saçlarının üstündə əməlli başlı işləməli oluram.Özü də saçı da kaprizlidir. Sağolsunlar ki, şou-biznesdəkilər əliaçıqdırlar. Əksər müğənnilər haqqımdan daha çoxunu verirlər. Məsələn, elə olub ki, Ədalət Şükürov həmişə saçına görə 50 manat verir. Ancaq onların arasında ən simici Samir Piriyevdir. Onun pul xərcləməklə də heç arası yoxdur”

 

Xəbər lenti