Bakı Nəqliyyat Agentliyi yol hərəkəti təhlükəsizliyinə dair hazırladığı növbəti maarifləndirici videoçarxı təqdim edib.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, videoçarx bu günlərdə dünyanın bir çox ölkəsində, o cümlədən də Azərbaycanda nümayiş olunan “Forsaj” filmi ilə əlaqədar çəkilib.
Kinoteatrlarda filmdən əvvəl nümayiş etdirilən görüntülərdə tamaşaçılara, xüsusən də gənclərə film qəhrəmanlarının avtomobillə etdiyi təhlükəli manevrləri təkrarlamamaq və yüksək sürətdən yayınmaq tövsiyə edilir.
“Unutmayın ki, həyat film deyil, reallıqdır” şüarı ilə çəkilən layihədə xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili Qənirə Paşayeva, aktyor Cabir İmanov, müğənni Azad Şabanov və başqaları iştirak edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub