|
Aprelin 5-də müğənni Sevic və Sevil Səfərovaların törətdiyi qəza nəticəsində xəsarət alan Söhrab Ağayevin səhhəti ilə bağlı məlumatlar gizlədilir. 87 yaşlı kişinin durumunun nə yerdə olduğunu öyrənmək üçün 1 Saylı Şəhər Klinik Xəstəxanası (Semaşko-red.) ilə əlaqə saxladıq. |
Xəstəxanadan əvvəlcə bildirilib ki, S.Ağayev 20 gün əvvəl başqa yerə aparılıb. Hadisənin cəmi on gün əvvəl baş verdiyi xatırladıldıqdan sonra isə fərqli cavab vermək məcburiyyətində qalıblar:
"Deyəsən 10-15 gün əvvəl çıxarıb apardılar. Bilmirik, Mərkəzi Klinikadır, özəl klinikadır. Xəbərimiz yoxdur".
Xatırladaq ki, hadisə aprelin 5-də səhər saat 09:00 radələrində baş verib. Səfərovaların idarə etdiyi "Dodge Durango” markalı avtomobil İçərişəhərin yaxınlığında, "Qoşa qala qapısı” adlanan ərazidə yolu keçən Söhrab Ağayevi vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Mövzunu diqqətdə saxlayacağıq.
olke.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub