Dünya TV-də “PAY şou” adlı yeni veriliş başlayıb.
Mynews.az xəbər verir ki, verilişin layihə rəhbəri və aparıcısı müğənni Nizami Nikbindir. Verilişə məşhur və istedadlı incəsənət nümayəndələri dəvət olunur. Hər verilişdə bir maraqlı mövzu qoyulur. Mövzu haqqında həm qonaqlarla müzakirə aparılır, həm də Bakı şəhərində sakinlərdən alınmış müsahibələr süjet kimi efirə gedir.
İlk buraxılışın mövzusu “EŞQ” olub. Qonaqlar: əməkdar artist Ruhəngiz Musəvi, müğənni Fərid Quliyev, aktyor-parodist Elmir Nəsirov olub. Verilişdə həmçinin qaradərili şoumenin təqdimatında köpük şousu göstərilib. Şou zamanı qonaqlar alov nömrəsində iştirak ediblər. Alov şou zamanı müğənni Fərid Quliyevin əli yanıb. Şoumen qonaqlara həyəcanlı anlar yaşadıb. Veriliş hər həftənin 2-ci günü saat 23:00-da efirə gedir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub