Müğənni Nurlan Əzizbəyli bir müddət əvvəl səhhətində yaranan problemdən danışıb.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Lider maqazin"ə açıqlamasında deyib ki, onu xəstəliklə gündəmə gəlməkdə günahlandırıblar:
"Yıxılmadım, ayaqdayam. Müalicələrdən sonra pis günlər geridə qaldı. Mini infarkt keçirmişdim. Məni yad edənlər çox oldu, müğənni İzzət Bağırov, Nüşabə Ələsgərli, "Kristal" qrupunun rəhbəri Mədinə mənə baş çəkdi, maddi və mənəvi dəstək oldu.
Yalan danışmağın nə mənası var? Elə şeylə gündəmə gəlməyin nəyə lazımdı? Doğrunu Allah, ailəm və həkimlər bilir. Gedib xəstəxanadan maraqlansınlar. Deyirlər, illərdi efirdən uzaq qalmışam, bu yolla gündəmə gəldim".
Verilişin yaradıcı heyəti Nurlan Əzizbəylidən xəstəxana kağızlarını istəsə də, qarşı tərəf onu göstərməkdən yayınıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub