Bu şəhərdə"nin "2 canlı" adlı konsertinin ssenarisində ilginc bir məqam üzə çıxıb. "İki milyoner"in dialoqu üzərində cərəyan edən həmin səhnədə Rafael İsgəndərovun "pencək" söhbəti gözlənilməz məqamı ilə diqqət çəkib.
Rafael ssenariyə uyğun olaraq, pencəyini qiymətli olduğu üçün çıxartdığı zaman əzilməsin deyə yanındakı gəncin "çiyninə atıb":
"Asta ol ha. Elə-belə pencək deyil ha, bu"
Rafaelin bu ifadəsindən sonra məsələyə müdaxilə edən Coşqun: "Timsah dərisidir, qaqa?" deyə sual verib.
Rafael bu məqamda: "Yox ə... Nəsiminin dərisidir", cavabını verir.
Yəqin ki, hər biriniz İmaddədin Nəsimi haqda hələ orta məktəb dərsliklərindən oxumusunuz.
Məlumatı olmayanlar üçün: İmadəddin Nəsimi XIV əsin ortası, XV əsrin əvvəllərində yaşayıb. O, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. Nəsiminin azərbaycanca şerlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şerlər, qəzəllər yaza bilirdi.
Nəsimi Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub - dərisi soyulub.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub