Beynəlxalq mahnı müsabiqəsi “Eurovision”un Ermənistan üzrə rəsmi fan klubu (OGAE) səs nəticələrini açıqlayıb.
Mynews.az-ın Lent.az-a istinadən məlumatına görə, səs nəticələrinə əsasən, erməni fanları daha çox İsveç, Belçika və Fransa təmsilçilərinin ifa etdiyi mahnını bəyəniblər.
Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlər tam başqa fonda olsa da qonşu ölkənin bəzi nümayəndələri Azərbaycanı “Eurovision - 2017”-də təmsil edəcək Diana Hacıyevanın ifasında səslənən mahnını bəyəndiyini etiraf ediblər.
Buna baxmayaraq əminliklə demək olmaz ki, Diananın erməni fanları yarışma zamanı birbaşa olaraq səsini ona verəcəklər.
Ancaq musiqi sərhəd tanımır. Ekspertlər bunu ermənilərin “Qarabağ klanı”na böyük zərbə hesab edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub