"Əslində bu verilişdə olanlar hamısı dostlarımızdır. Ona görə adam hərdən çörək kəsdiyi insana ürəkdən cavab verə bilmir. Mən də elə insanam ki, həm dostluq etməyi bacarıram, həm də düşmənçiliyi. Özü də yüksək səviyyədir. Bu günə qədər də heç kim mənimlə şit zarafat etməyib".
Mynews.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam deyib. O sarımsaq yeyərək efirə çıxmasına görə aparıcı Zaur Kamalın onu ələ salmasına sərt reaksiya verib.
"Məni tanıyanlar bilir ki, mən necə insanam. Yerdə qalan ömrümü o insana həsr edərəm. Zaurda zarafatla bir şou elədi, mən də onu ciddiyə almadım. Çünki həm dostuq, həm də efir mədəniyyətini gözlədim. Zaurdan belə bir hərəkət gözləmirdim. Yəni susmağım buna görə olub. Verilişi tərk etməməyimin tək bir səbəbi var idi, o da Abbas Bağırov. Zaura reklam arası dedim ki, Abbas burda olmasa idi, verilişdən gedəcəkdim və o da güldü. Dedi, "Ay Xatirə zarafat etməyək?".
Çox da əsəbiləşmədim. Şəxsiyyətimə, mənliyimə nə isə deyilməyib ki? Sarımsaqla bağlı söhbətin dərininə getmək bizə yaraşmaz axı? Nəyin söhbətinə gəlmisən, sarımsağın. Səhnədə, verilişə reytinq gəlsin deyə, bəzən olur ki, ən yaxın adamına da söz atırsan. Bunu da başa düşürəm və keçirəm. Biz çox görmüşük belə şeyləri. Sarımsaq yeyin, cana xeyirdi, mikrobları öldürür. Arada "Özünə hörmət elə" kinosuna bax, ay Zaur".

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub