“Azərbaycanın “Eurovision” təmsilçisi DiHaj-ın mahnısı çox müasir, gözəldir. Məncə, bu mahnı yaxşı nəticə göstərəcək”.
Mynews.az xəbər verir ki, bunu Report-a Serbiyanın müsabiqədəki nümayəndəsi Tiyana Boqiçeviç deyib.
Azərbaycan mədəniyyəti barədə biliklərindən danışan T.Boqiçeviç Azərbaycan mədəniyyəti haqqında daha çox məlumat əldə etmək niyyətində olduğunu bildirib:
“2012-ci ildə Jelko Yoksimoviç Serbiyanı Azərbaycanda keçirilən “Eurovision”da təmsil edən zaman Bakıya səfər edən dostlarım bu ölkə haqqında maraqlı çox şey danışıb. Özüm də Azərbaycana səfər etmək istərdim”.
Azərbaycanlı “Eurovision” tərəfdarlarına müraciət edən T.Boqiçeviç hamını müsabiqənin ikinci yarımfinalında ona dəstək verməyə çağırıb.
Qeyd edək ki, bu il “Eurovision” müsabiqəsi Kiyevdə, 9, 11 və 13 may tarixlərində keçiriləcək. Azərbaycan təmsilçisi Diana Hacıyeva - DiHaj müsabiqədə “Skeletons” mahnısı ilə çıxış edəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub