Əməkdar artist Mehriban Xanlarova ilə müğənni Kərim Abbasov arasında səngiyən qalmaqal yenidən qızışıb. Aktrisa qarşı tərəfə səslənərək od püskürüb.
M. Xanlarova səbrinin həddi olduğunu bildirib:
“Mən hələ susuram, amma bu, o demək deyil ki, hər şeyi unutmuşam. Sadəcə, gözləyirəm. O adam mənim nəslimi, atamı təhqir edib. Deyib ki, Mehriban getsin soyadından utansın… Soyadımdan niyə utanmalıyam ki? Mənim atam əsl kişi olub, onunla həmişə fəxr etmişəm. Heç vaxt da heç kimə ixtiyar vermərəm ki, nəslimi və atamı biabır etsin. O adam məni təhqir edib və buna görə də məndən üzr istəyəcək. Özü də elə-belə dilucu üzrxahlığı nəzərdə tutmuram ha! Əməlli-başlı, sosail şəbəkədə ya da lap sizin sayt vasitəsilə üzr istəsin”.
Aktrisa üzr istəyəcəyi təqdirdə Kərimi bağışlayacaqmı?
Barışığın mümkünsüzlüyünü deyən M. Xanlarova belə bir insanla münasibətini davam etdirməyəcəyini bildirib:
“Məni biabır edən adamla ünsiyyəti necə davam etdirə bilərəm? Vaxtilə Kərimlə normal münasibətlərimiz olub, amma bundan belə mümkün deyil. Üzr istəsin, əks halda, yenidən onunla məhkəmədə görüşəcəm”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub