Dünən "Flame Towers Cinema"da “Don Marleone” filminin təqdimat mərasimi baş tutub.
Publika.az xəbər verir ki, qala gecəsi bir çox hadisələrlə yadda qalıb. Xüsusilə filmdə baş rolu canlandıran gənc aktrisa Natavan Əfəndiyeva diqqət mərkəzində olub. Aktrisa qala gecəsi üçün qırmızı, kürək dekoltesi olan ziyafət libası seçib. 21 yaşlı cazibədar aktrisa kürəyinin gözəlliyini və çiynindəki kəpənək döyməsini nümayiş etdirməkdən çəkinməyib.
“Don Marleone” filmində Rüstəm Cəbrayılovla tərəf müqabili olan aktrisa təəssüratlarını bizimlə bölüşüb:
"Sadəcə döyüş səhnələrində çətinlik çəkdim, bunun üçün də bir həftə dərs almışdım. Filmin uğur qazanmasına şübhə etmirəm. Filmə ilk dəfə çəkilməyimə baxmayaraq, istedadımın gözəlliyimdən daha güclü olduğunu düşünürəm. Gözəllik o qədər də əhəmiyyət daşımır, özünü necə təqdim etməyin daha önəmlidir".
Karyerasına model kimi başlayan N.Əfəndiyeva bu sahədə özünə heç bir məhdudiyyət qoymadığını etiraf edib:
"Komediyada çəkilmək istəmərəm, çünki mənə o qədər də yaxın deyil. Açıq səhnələrdən isə imtina etmərəm, kompleksili insan olamdığım üçün heç bir problem yoxdur. Kinoda özümə sərhədlər qoymamışam".
Aktrisa şəxsi həyatından danışmaq istəməsə də, sevgilisi olduğunu gizlətməyib.
Qeyd edək ki, N.Əfəndiyeva “Vicdan haqqı” serialında çəkilir.




1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub