USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Məşhur müğənni söyüşlə cavab verdi, qalmaqal yaratdı

19:50 20.04.2017
Məşhur müğənni söyüşlə cavab verdi, qalmaqal yaratdı
19:50 20.04.2017

Məşhur amerkialı reper və hip-hop ifaçısı Niki Minaj "No Fradus" mahnısına çəkdirdiyi klipi təqdim edib.

Mynews.az TMZ-yə istindən bildirir ki, 34 yaşlı Niki Minaj mahnını kanadalı reper Dreyk və amerikalı Lil Ueynlə ifa edib.

Klipin bir neçə səhnəsi Londondakı Vestminster körpüsündə çəkilib. N.Minaj həmin səhnələrdə açıq-saçıq geyimdədir. Çəkilişlər körpüdəki teraktdan cəmi bir gün əvvəl, martın 21-də aparılıb.

Bu səhnələr Britaniyada kəskin narazılıqla qarşılandığından N.Minaj onların klipin yekun variantında yer almayacağını demişdi.

Lakin səhnələr arasında sadəcə, biri götürülüb.

Xatırladaq ki, martın 22-də Xalid Məsud adlı şəxs Vestminster körpüsündə maşını ilə piyadaları vurub əzəndən sonra Britaniya parlamentinin binasının qarşısında polisi bıçaqlayıb. Teraktda 4 nəfər həlak olub, 50 nəfər yaralanıb.

"No Fradus" mahnısı amerikalı reper Remi Maya cavabdır. Mahnı söyüşlərlə, təhqirlərlə zəngindir.

Remi Ma 2007-ci  ilin iyulun 12-də mübahisə zamanı Makiad Barns-Cozefi 1000 dolları oğurlamaqda suçlayaraq ona atəş açmışdı.

2008-ci ilin martın 27-də Remi Ma 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qadın reper 2014-cü ilin avqustun 1-də azadlığa çıxmışdı.

Remi Ma "Another One" və "Shether" mahnılarını yazaraq Niki Minajı təhqir etmişdi.

 


Xəbər lenti