Aktrisa Sevinc Əliyeva "Gəlin danışaq" verilişinin qonağı olub.
Mynews.az big.az-a istinadən bildirir ki, aktrisa rejissor əri Fuad Əlişovdan ayrılması ilə bağlı sualları cavablandırıb:
"Qismət... Həyatda hər bir şey olur. Həyat davam edir. Heç kim sabahından sığortalanmayıb. Ailə qurmuruq ki, sabah boşanaq. İki insan bir-biri ilə bədbəxt yaşayırsa, qoy ayrılıqda xoşbəxt yaşasınlar".
S.Əliyeva hazırda övladlarına başı qarışdığını deyib:
"Komersiya filmləri çəkilən ərəfədə mən hamilə oldum, hər şeydən uzaqlaşdım. Çox geri düşdüm. Amma indi təklif gəlsə, ola bilər. Hazırda övladlarıma başım qarışıb. Onlar birinci sinfə hazırlaşırlar. Çox çətindir bu hazırlıq prosesi".
Qeyd edək ki, ötən il boşanan cütlüyün üç övladı var.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub