Tanınmış rusiyalı müğənni Vera Brejneva Bakıda “Nömrə 1” adlı konsert proqramı ilə çıxış edib.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, ifaçı axşamkı konsertə xüsusi hazırlaşdığını bildirib: “Burada olmaq çox xoşdur”.
Populyar müğənni həmçinin bildirib ki, həmkarı Emin Ağalarovla birgə sürpriz hazırlayır: “Biz Eminlə sürpriz hazırlayırıq. Amma bu, hələ layihə deyil. Hələ ki, Eminlə oturub ətraflı söhbət etmək üçün vaxt tapa bilməmişik. Hər halda, 27 iyulda “Jara” Festivalında iştirak edəcəyəm. Eminlə sürprizi də məhz orada təqdim edəcəyik”.
Qeyd edək ki, Vera Brejneva Azərbaycana "Baku Shopping Festival" çərçivəsində gəlib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub