Müalicə aldığı xəstəxanada ötən gün 72 yaşında dünyasını dəyişən teatr və kino aktyoru Bülent Kayabaş üçün İstanbulda vida mərasimi təşkil edilib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, mərasimdə iştirak edən aktyor Ali Poyrazoğlu mərhum haqqında maraqlı açıqlamaları ilə diqqət çəkib.
O, qalın bağırsaq xərçəngindən dünyasını dəyişən 38 illik dostu Bülent Kayabaşın xəstəlik müddətində yaşadıqlarını izah edərkən göz yaşlarını saxlaya bilməyib.
Bülent Kayabaşın çox fədakar, səmimi bir insan olduğunu söyləyən Ali Poyrazoğlu: "İntizamlı bir sənətçi idi. Xəstələndiyi zaman ilk mənə xəbər verdi. Həkimdən çıxanda zəng etdi, məni xəstəxananın önünə çağırdı. Getdim, xərçəng olduğunu söylədi. Xəstəliyinə birlikdə meydan oxuyacağımızı söylədim. Bu çətin bir şeydir. Meydan oxumaq lazımdır. Tamaşaçılar üzülməsin deyə xəstəliyini gizli saxlamağa qərar verdi. Beş ildir ağır müalicə altında yaşayırdı. Son zamanlarda da sanki ölmədən basdırılması, insanların görməməzlikdən gəlməsi ağır idi. Heç axtarılmırdı, xatırlanmırdı, heç bir iş təklifi edilmirdi, hələ ölmədən ölmüş kimi onunla davranışlarla qarşılaşınca, çox üzülürdü. Yaşayarkən vəfasızlıq, unutqanlıqla qarşılaşdığını gördük", - deyib.


1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub