ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov "İdea qazandı" verilişindəki qalmaqallı görüntülərin hansı yolla mediada yayılması ilə bağlı açıqlama verib.
BAKU.WS-ə danışan kanal rəsmisi videonun kim tərəfindən yayılması ilə bağlı heç bir məlumatının olmadığını söyləyib.
"Veriliş Azərbaycan-Türkiyə Gənclərinin Dostluğu Cəmiyyəti tərəfindən kanaldan kənarda hazırlanır. ATV telekanalı yalnız həmin verilişin yayımından məsuliyyət daşıyır. Görüntülərdən də gördüyünüz kimi loqo yoxdur. Bu ATV-dən çıxmış görüntülər deyil. Kadrların kim tərəfindən yayıldığı məlum deyil. Bizim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Video kimi narahat edirsə onlar da araşdırma aparsın".
Qeyd edək ki, ATV televiziyasında yayımlanan "İdeya qazandı" verilişində xoşagəlməz məqamlar yaşanıb.
Verilişin formatına uyğun olaraq hər kəsin öz ideyasını satmağı çalışdığı proqramda investorlar ideya müəllifi olan gənci ələ salıblar. Öz ideyasını təqdim edən gənc xoşa gəlməz mənzərə ilə üzləşib. İnvestorlar onun çıxışına əhəmiyyət verməyərək gülməyə başlayıblar. Gənc oğlan yaranan mənzərə qarşısında pərt olub.
Bu barədə BakiPost.az-a açıqlamasında ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov bildirib ki, bu video ümumi verilişin içərisindən, yəni kontekstdən çıxarılmış kiçik bir hissədir:
"Hamı bilir ki, ümumi verilişin içərisindəki müəyyən zarafatlar, anlar və jestlər bir cür təəssürat bağışlayır. Amma müəyyən məsələni kontekstdən, ümumi verilişin içərisindən çıxaranda, naqqaşla qopardıb təqdim edəndə tamam başqa cür təəssürat yaradır.
Bunu nəzərə almaqla yenə də vurğulamaq lazımdır ki, düzdür, gənclər oraya böyük ümidlərlə gəlirlər, özləri üçün ciddi əhəmiyyət kəsb edən məsələləri orada təqdim edirlər. Ona görə də onlara daha həssas və ciddi davranmaq lazımdır. Bu baxımdan kontekstdən çıxarılan hissəyə baxanda doğrudan da ikrah və müəyyən mənada qıcıq doğuran məqamlar var. Amma yenə də bir məqamı xüsusi vurğulamaq istərdim ki, bu video kontekstdən çıxarılıb”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub