Fərqli obrazları ilə seçilən aktyor Ülvi Həsənlinin halı pisləşib.
Mynews.az xəbər verir ki, hadisə aktyorun rol aldığı serial zamanı baş verib. Çəkilişi davam etdirə bilməyən aktyorun öldüyü barədə xəbərlər də yayılıb.
Metbuat.az-a açıqlama verən aktyor vəziyyətindən danışıb:
“Artıq yaxşıyam, yavaş-yavaş düzəlirəm. Gərgin iş qrafiki, yuxusuzluq halımı pisləşdirdi. Son zamanlar əsəblərim çox gərilib. Haqsızlığa göz yuma bilmirəm. Çox həssas insan olduğum üçün sənətə aidiyyatı olmayanların meydanda at oynatması, kimlərinsə pul xatirinə özünü sənətkar adlandırması mənə pis təsir edir. Sənətdən xəbəri olmayanlar aktyorluq dərsləri verməklə məşğuldur. Hətta məni elə bir vəziyyətə gətirib çıxarıblar ki, sevimli işimi, vətənimi tərk edib, mənə dəyər verilən yerdə olmaq istəyirəm".
Qeyd edək ki, 26 apreldə Ülvi Həsənlinin də yer aldığı “Nazlı” romantik-komediyasının premyerası olacaq. Aktyor həmin gün pərəstişkarlarının qarşısına tam fərqli obrazla çıxacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub