Mətbuat.az saytının informasiya dəstəyi olduğu, Dünya TV-də yayımlanan “PAY” şou verilişinin "Toy adət-ənənələri"nə həsr edilmiş buraxılışında aparıcı Nizami Nikbin maraqlı fikri ilə gündəmə gəlib.
"Toyda pul yığmaq ənənəsinin ləğv olunmasını istərdinizmi?"
Müğənni qonaqlar, İradə Mehri və Tural Ağdamlı bu fikirlə razılaşmasa da, öz arzusunu dilə gətirərək deyib: "İnşallah, qismət olsa, toyum olanda pul yığmayacam. Bəziləri səbəb olaraq bildirir ki, kasıb olduqları üçün yığırlar. Əvvəla, hamı kasıb deyil, müəyyən bir hissə ən azından pul yığmaya bilər. İkincisi, əgər kiminsə maddi vəziyyəti aşağıdırsa, şərtdirmi bahalı yerdə toy eləsin, çox qonaq dəvət etsin? Münasib qiymətə olan restoran seçsin, 200 nəfər qonaq dəvət etsin. Kiçik məbləğlə də toy keçirmək olar".
Mövzu ilə bağlı şəhər sakinləri arasında da keçirilən sorğu tamaşaçılara təqdim olunub. Sakinləri bəziləri bu fikri dəstəkləyib. Onlardan biri vurğulayıb ki, "Toydan sonra siyahı ilə gəlirsən evə və başlıyırsan bütün həyatın boyu o siyahıda məbləğləri ödməyə".
Nəzərinizə çatdıraq ki, veriliş hər həftənin 2-ci günü saat 23:00-da efirə gedir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub