"Missiyam uşaq dünyaya gətirməkdir" Elnarə - VİDEO

664
"Missiyam uşaq dünyaya gətirməkdir" Elnarə - VİDEO

ARB TV-də "Elin gözü" verilişinin növbəti buraxılışında müğənni Elnarə Xəlilova da qonaq qismində çıxış edib.

Mynews.az bildirir ki, müğənni, ailədaxili problemlər, çoxuşaqlı ailələrin yaşadığı çətinliklər mövzusunda aparılan müzakirələrdə öz fikirlərini səsləndirib.

Daha sonra ailəsindən söz açan Elnarə, həyatdakı missiyasından danışıb:

"Mənim bir xanım olaraq, bəşər tarixində həyata keçirə biləcəyim ən böyük missiya törəməkdir. Bu dünyaya törəməkdən ötrü göndərilmişəm. Mən belə başa düşürəm. Aparıcı ola bilərəm, mahnı oxuya bilərəm, həkim ola bilərəm, amma ən böyük missiyam dünyaya övlad gətirməkdir. Bu nəslin, millətin, kökün davamçılarını dünyaya gətirməkdir. Yoldaşım uşağa müraciət edəndə deyir ki, "Ərtuğrul! İgid oğlum mənim". Yəni onun gözündəki o sevinci də görürəm, onun göndərdiyi o mesajı da görürəm. Uşaq 9 aylıqdır, hələ iməkləyə də bilmir. O, artıq uşağa "İgid oğlum mənim!" deyərək müraciət edir. O biri uşaqlara da tarixi danışır ki, "Siz bilirsiniz, Osmanlı İmperiyasının qurucusu Ərtuğrulun oğlu Osman olub". Atadır, arzulayır ki, öz övladını sabah böyük bir sərkərdə kimi görsün".

Xəbər lenti