Zuhal Topalın izdivac verilişində qalmaqalları ilə məşhurlaşan Əli Əkbər və Naz Mila yeni qərar verib.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yola getmədikləri üçün dəfələrlə ayrılıb barışan və bir-birini sevmədiyini açıq şəkildə etiraf edən cütlük yenidən barışıb.
Naz Mila verilişi birdəfəlik tərk etmək istədiyini deyib. Əli Əkbər hələ də bir sıra şübhələri olduğunu, lakin Nazı itirmək istəmədiyini bildirib. Naz isə onu daha incitməyəcəyinə söz verib.
Məlumat üçün bildirək ki, Naz Mila verilişdə Baha adlı türk vətəndaşı ilə 2 gün nişanlı qalıb. Bundan başqa, bir dəfə evli olan Nazın bir qızı var.
İddialara görə, Türkiyədəki evlilik verilişlərində baş verənlərin hamısı qurma oyundur. Bəy və gəlin namizədləri isə verilişin daha çox reytinq toplaması üçün süni qalmaqallar yaradır və bunun müqabilində pul alır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub