Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın sabah doğum günüdür. Aktrisa əlamətdar tarixi sənət dostlarının əhatəsində qeyd edəcək.
Mynews.az xəbər verir ki, təəssüratlarını yeniçağ.az-la bölüşən aktrisa yaşının üstə yaş gəlməsini Allahın lütfü kimi dəyərləndirib:
"Rəqəm üstünə rəqəmin gəlməsi o deməkdir ki, biz yaşayırıq. Demək ki, Allah bu yaşı da bizə nəsib etdi. O gün olsun 80-90 yaşımı da qeyd edim".
Xalq artisti hədiyyələrdən də danışıb:
"Mənim üçün ən gözəl hədiyyə tamaşaçı alqışı, sevgisi və çiçəklərdir. Bu hədiyyələri artıq almışam və yenə də davam edir. Qızımdan da maraqlı hədiyyələr gözləyirəm. O, hər il mənə əl işlərini, yazdığı gözəl şeirləri, çəkdiyi rəsmləri hədiyyə edir".
M.Əsədova gözəllik sirrini də açıqlayıb:
"Həmişə pozitiv düşünürəm, insanları sevirəm, səmimiyəm, içim təmizdir -bu da mənim gözəllik sirrim".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub