"Neçə gündür çox düşünürəm ki, necə yazım, nə deyim. Çox məyus olmuşam. "Koroleva", nələr baş verir? Bu günləri yaxşı ki, görmədin. Yoxsa, dözə bilməzdin".
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Lamiyyə Ələkbərqızı yazıb.
O, mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı son vaxtlar yayılan xəbərlərə münasibət bildirib. Aparıcı onun mahnısını oxuyanlara səslənib:
"Bacaran, bacarmayan mahnılarını oxuyur. Heç bir zaman buna icazə verməzdin. Arxanca danışanlar danışır. Halbu ki sənin qorxundan heç bir zaman danışa bilməzdilər. Sevdiyin əşyaların başqa-başqa məkanlardadır. Heç bilmirik haralardadır. Bu sənmisən, xalqın sevimlisi, nələr baş verir? Gözünü aç, bax gör nələr var... Ruhun şad olsun, məkanın cənnət. Allah hər kəsə insaf versin. Ürəyim doludur, amma yaza bilmirəm. Çünki əllərim əsir, dodağım titrəyir, heç kimin xətrinə dəymək istəmirəm. Amma diqqətli olun, sənətkarın sənətinə toxunmayın. Bacaran, bacarmayan, mahnılara dəyməyin. Sənətkarın ruhunu incitməyin. Həyatda hər şey bumeranqdır. Bir gün siz də hiss edəcəksiniz. Allah sənə rəhmət eləsin sənətkar".
Qeyd edək ki, bir neçə gün əvvəl İ.Quliyevanın kürkünün oğulluğu Orxan Nadirov tərəfindən lombardlardan birinə qoyulub, qarşılığında pul götürüldüyü ortaya çıxıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub