ATV-nin məşhur aparıcısı Vaqif Aydınoğlunun keçmiş həyat yoldaşı, keçmiş teleaparıcı Samirə Mustafayeva bu gün haqqında çıxan xəbərlərə aydınlıq gətirib.
Mynews.az Publika.az xəbər verir ki, aparıcı qadın klubu açmağa hazırlaşdığını etiraf edib.
“2012-ci ildən bəri yaxın rəfiqələrimlə bağlı kiçik bizneslə məşğul oluruq. Bu, nə mənim, nə başqalarının əsas işidir. Bu işi sevgili hesabına və tək görmürəm, onlara şərik də demək doğru çıxmaz, ən yaxın rəfiqələrimdir. Rəfiqələrimlə məsləhətləşdik ki, açılışa yaxın klubu pulla reklam edək, amma sağ olsunlar, ehtiyac olmadı”, - deyə o bildirib.
S.Mustafayeva şəxsi həyatı ilə bağlı yayılan şayiələri təkzib edib:
“Şəxsi həyatım haqqında yazılanlar həqiqəti əks etdirmir. Belə xəbərlər eşidəndə gülməyim gəlir, məni gah vergilər nazirliyində işə düzəldirlər, gah da əsassız xəbərlər yazırlar. Mən artıq bir ildir efirlərdə və mətbuatda yoxam, sadə bir vətəndaşam. Xahiş edirəm ki, haqqımda bu cür xəbər yazılmasın”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub