Biznes-ledi Ruhi Əliyeva özü və ailəsi, həmçinin həyat yoldaşı ilə barışması ilə bağlı mediada yer alan xəbərlərə reaksiya verib.
Mynews.az azxəbər.com-a istinadla bildirir ki, Ruhi məşhur milyonçu İlham Rəhimovla münasibətləri haqda yayımlanan xəbərdən danışıb.
O, bəzi jurnalistləri qeyri-peşəkarlıqda ittiham edib:
"Xoş əhvalımdan sizə də pay vermək istəyirəm. Amma həm də bəzi fikirlərimi bölüşmək keçdi ürəyimdən. Birinci növbədə, insan olmaq, sonra peşəyə bölünmək lazımdır. Mənim çox güclü, mərd, peşəkar jurnalist dostlarım var. Hansına ki, insan baxdıqca fəxr edir. Amma əfsus, bu sahədə şantajla çalışan, qərəzli, məqsədini özü belə anlamayan qeyri-peşəkar çoxdu. Sözüm də məhz onlaradır. Azərbaycan mətbuatı sizin qələminizdən çox yüksəkdə dayanıb. Lütfən, ona toz qondurmayın.
Ruhi, həmçinin media əhlinə məsləhət görüb ki, insanlara hörmətli davransınlar: "Əqidənizi, dürüstlüyünüzü heç nəyə dəyişməyin. İnsanlara hörmət edin ki, hörmətli olasınız. Sonucda siz (bəziləri) mənim, mən isə öz həyatımla məşğulam. Siz də bir az öz həyatınıza nəzər yetirin ki, düşdüyünüz çuxurlar günü-gündən dərinləşməsin... Məni elədikləriniz qətiyyən narahat etmir, amma görürəm siz əməlli-başlı "əziyyət çəkirsiniz" mənə görə. Barı "əziyyəti" jurnalistə yaraşan savadlı tərzdə edin".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub