“Yenə saytlar yazacaq ki, “Soyundu”. Bu şəkillər yeni klipimin çəkilişləri zaman lentə alınıb. Öncədən deyim ki, bu klip Azərbaycanda ilk olacaq. Bu günə qədər heç bir Azərbaycanlı müğənni belə cəsarətli klip çəkdirməyib. Bunu mən etdim. İnşallah, yaxın zamanda mediaya təqdim edəcəm. Şəkillərimə gəldikdə isə, mən hər zaman hər kəsi yandırıb yaxmışam”.
Bu sözləri müğənni Afaq Aslan sosial şəbəkədə bildirib.
Lakin Afaq Aslanın yeni çəkdirdiyi yarıçılpaq fotoları qalmaqala səbəb olub. Belə ki, əməkdar artist Lalə Məmmədova ilə Aytac Vidadiqızı müğənninin bu addımını əxlaqsızlıq kimi qiymətləndirib.
L.Məmmədova “Xahiş edirəm müğənni adına ləkə gətirməsinlər, mahnı ortaya qoysunlar, arxalarını yox!”, - deyə qeyd edib. A.Vidadiqızı da həmkarı ilə razılaşdığını bildirib.
A.Aslan isə ünvanına yazılan ittihamlara səssiz qalmayıb: “Ay bədbəxtlər, ulduz dediyin, müğənni dediyin ideal səhnə görünüşünə malik olmalıdır ki, səhnəyə çıxanda tamaşaçı onun ifası ilə bərabər görünüşündən də zövq alsın. Qat-qat sallanan qarınlarıyla, lazımsız artıq çəkiləriylə özlərinə müğənni deyirlər. İnanın ki, məndə olan görünüş çoxlarında olsaydı, yanlarında yalan olaram. Sadcə olaraq onların bədən ölçüləri istədiklərini etməyə imkan vermir. Eləmək istədikləri şeylərə baxıb tənqid etməkdən başqa çarələri yoxdur, nə edəsən? Belə çıxır ki, bütün dünya ulduzları müğənnilik peşəsinə ləkədir? Haqqımda rəy söyləməzdən öncə güzgüdə özlərinə və çıxartdıqları oyunlara baxsınlar. İkiüzlü olub, tamaşaçının gözündən namus-qeyrət pərdəsi asıb rola girməsinlər.
Hər halda müğənni adına ləkə gətirənlər özündən 20 yaş böyük, ataları yaşında kişiylə evlənib, adları ərli ola-ola yüz hoqqadan çıxanlardır. Yalandan gözdən pərdə asmaq üçün hərəsi bir alfonsa ərə gedir, bir uşaq doğurlar, sonra da boşanıb min hoqqadan çıxırlar”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub