Ötən gün paytaxtın ən böyük restoranlarından birində xalq artisti Aygün Kazımovanın konsert proqramı keçirilib.
Mynews.az-ın məlumatına görə, əvvəlcə konsertin aparıcısı Azər Axşam səhnəyə çıxaraq müğənninin bu görüşə uzun müddət hazırlaşdığını deyib. Aparıcı estrada ulduzunun pərəstişkarlarına sürprizləri olduğunu da bildirib. Daha sonra o səhnəyə A. Kazımovanı dəvət edib. Xalq artisti tamaşaçılar qarşısına “Gələrsən görərsən” mahnısı ilə çıxıb. Onu səhnədə rəqqaslar müşayət edib. Konsert iki hissədən ibarət olub. Birinci hissədə xanım müğənni öz repertuarından olan hit mahnıları ifa edib. İkinci hissə isə əsasən duetlərlə yadda qalıb. A. Kazımova əvvəlcə müğənni Elçin Cəfərov, sonra isə Elton Hüseynəliyev və Rəhim Rəhimli ilə olan duet mahnıları təqdim ediblər. Gecədə xalq artisti hərzamankı kimi geyimləri və imici ilə də diqqət cəlb edib. Geyimlərinin “YES” modalar evinə məxsus olduğunu bildirən A. Kazımovanın modelyeri Renat Ramazanovdur. Estrada ulduzunun saç və stili üzərində isə Qusik Simon çalışıb. Konsertlərini hər zaman yaddaqalan etməyə çalışan müğənni bu dəfə də ənənəsinə sadiq qalıb. A. Kazımova pərəstişkarları arasında müsabiqə keçirib. Müğənninin yaradıcılığına bələd olanlar isə ondan hədiyyələr alıblar. Gecəsinin sonunda estrada ulduzu daha bir sürprizini təqdim edib. O, yeni “Dola məni qoluna” adlı mahnısını ifa edib. Musiqi parçasının musiqisi isə Faiq Sücəddinov, sözləri Cəlal Qurbanova məxsusdur. Konsertin səs rejissoru və musiqi rəhbəri Yaşar Baxış idi.