“Azərbaycan təmsilçisi Diana Hacıyevanın mahnısı və klipi çox xoşuma gəldi, onun Kiyevdəki çıxışını səbirsizliklə gözləyirəm”.
Mynews.az xəbər verir ki, bunu Report-a “Eurovision - 2017” mahnı müsabiqəsində Maltanı təmsil edəcək Klaudia Fanyello deyib.
Malta nümayəndəsinin sözlərinə görə, Diana Hacıyevanın böyük vokal səsi var və onun mahnısı çox müasirdir.
K.Fanyello Azərbaycan haqqında məlumatının olduğunu bildirib:
“Azərbaycan zəngin mədəniyyətə malik gözəl ölkədir. Nə vaxtsa Azərbaycana səfər etməyi arzulayıram. Ölkənizin musiqisi barədə daha çox “Eurovision” müsabiqəsi sayəsində bilirəm”.
Müsabiqədə ifa edəcəyi “Breathlessly” mahnısı haqqında danışan K.Fanyello ifanın həyat səyahəti ilə və həyatda baş verənləri qiymətləndirməyi bacarmaqla bağlı olduğunu söyləyib.
O, həmçinin “Eurovision” müsabiqəsinin azərbaycanlı fanatlarına səslənib:
“Maltaya və onun “Eurovision”dakı nümayəndələrinə göstərdiyiniz dəstəyə görə sizə dərin təşəkkürümü bildirirəm. Mahnımın xoşunuza gələcəyinə ümid edirəm”.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub