Ötən gün Rəşid Behbudov adına Mahnı Teatrında "İlin favoriti" mükafatlandırma mərasimi baş tutub.
Mynews.az xəbər verir ki, tədbirdə müxtəlif sahələrdən olan insanlar mükafata layiq görülüb. Onların sırasında xalq artisti Flora Kərimova və onun ranqına uyğun olmayan ikinci və üçüncü dərəcəli müğənnilər iştirak edib.
Maraqlısı budur ki, bir zamanlar bu kimi tədbirlərdə müğənni əlindən tərpənmək olmurdusa, indi tam əksinə. Tədbirdə ölkədə tanınan və tanınmayan stilist və modellər cəm olunub. Görünür bu da təşkilatçıların yeni taktikasıdır. Son zamanlar toy, ad günü edib pul yığan müğənnilər kimi ildə bir dəfə müfatlandırma edib bir neçə aylıq dolanmaq üçün əla fürsətdir.
Düzdür, pulunu verir, mükafatını alır və bu onun öz işidir. Ancaq onlarla birlikdə xalq artistinin də eyni mükafata layiq görülməsi nə dərəcədə düzgündür? Amma görünür F.Kərimova üçün bunun bir o qədər də önəmi yoxdur. Belə ki, sənətçi təşkilatçılıqdan ağız dolusu razılıq edib:
"Belə tədbirlər sayğı və tərbiyəni öyrədir. Yüksək səviyyədə təşkil olunmuş tədbirə görə "Show Production"a təşəkkürümü bildirirəm. Nominantların hər birini təbrik edirəm. "Flora xanım, mahnı ifa edin" demələrini çox gözlədim. Sadəcə təklif olmadı. Mən də kor peşman oturdum yerimə. Amma bir tərəfdən də deyirəm ki, belə yaxşıdır. Bilirsiniz nəyə görə? Çünki yol cavanlarındır. Bizim yaşda olanlar öz yerini cavanlara versə, yaxşıdır".
Görək növbəti mükafat mərasimində bizi nə gözləyir.










1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub