Dünya TV-də yayımlanan və Mətbuat.az saytının informasiya dəstəyi olduğu "PAY" şou verilişinin "AYRILIQ" mövzusuna həsr edilmiş buraxılışında qonaq olan xalq artistiFlora Kərimova kəskin fikirləri ilə tamaşaçıları təəccübləndirib.
Belə ki, "Qadınlar hansı səbəblərdən xəyanət edir?" sualına Flora Kərimova belə cavab verib:
"Özüm etmərəm, çünki çox iradəli qadınam. Lakin hansısa sevən qadının oxu daşa dəyəndə, onu başa düşərəm. Biz qadınlar necə mübarizə aparmaylıq? Ya gərək ayağına yıxılaq yalvaraq, ya gərək deyək ki, get, amma ailəni atma. Siz kişilər bunları istəyirsiniz, siz hər şeyi boynumuza atmaq istəyirsiniz. Əcəb edib xəyanət edir qadınlar. Mən bunu zarafatla dedim, təbii ki. Hər şeyin günahkarı kişilərdir. Yığışdırın özünüzü kişilər!"
Verilişin digər qonaqları, müğənni Elnar Xəlilov və psixoloq Aygül Xəlilova da maraqlı fikirləri ilə yadda qalıb.
Nəzərinizə çatdıraq ki, veriliş hər həftənin 2-ci günü saat 23:00-da efirə gedir.Qeyd edək ki, Verilişin layihə rəhbəri və aparıcısı müğənni Nizami Nikbindir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub