Aktyor Tolqa Karel göz altına alınıb.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bir müddətdir ABŞ-da yaşayan aktyor bu gün Çikaqodan İstanbula qayıdarkən Atatürk hava limanında saxlanılıb.
Pasportu yoxlanılan Tolqanın bir il əvvəl baş verən davada şahid qismində ifadə vermədiyi məlum olub. Ondan məhkəməyə gəlmək tələb olunsa da, lakin Karel prosesdə iştirak etməyib.
Jurnalistlərə açıqlama verən aktyor heç bir problemin olmadığını, ölkə xaricində olduğu üçün ifadə verə bilmədiyini bildirib: "İfadəmi almaq üçün məhkəməyə aparırlar".
Qeyd edək ki, Tolqanın azəbaycanlı model Günay Musayevadan Cihangir adlı bir övladı var. Karel və Musayeva 2015-ci ildə boşanıb.
2016-cı ildə ABŞ-da Sarah Skottla evlənən Karelin bir həftə əvvəl daha bir övladı olub.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub