Azərbaycanlı rəqqasə özünü biabır edib.
Söhbət rəqqasə Oksana Rəsulovadan gedir.
Belə ki o, sosial şəbəkədə aparıcı İlkin Həsəninin bu günlərdə olan toy mərasimindən foto paylaşaraq, səbəbkarı təbrik edib:
“Xoşbəxt olun İlkin Həsəni və gözəl Aysel. Dəvətinizə görə çox sağ olun. Heyif ki, işlərimə görə Hindistana getməli oldum. Bu toyu hər kəs gözləyirdi. Bir-birinizin üstündən əskik olmayın”.
O.Rəsulovanın “Bir-birinizin üstündən əskik olmayın” – cümləsi sosial şəbəkədəki izləyənləri tərəfindən gülüşlə qarşılanıb.
İzləyicilər onu düzgün cümlə qurmadığı üçün biabır ediblər.
“Rus dilinin leksikonumuzda yaratdığı xariqələr”, “Məncə, axırıncı cümlədə düzəliş edin”, “Üstündən...”, “Oksana bacı, bir-birinin üstündən əskik olmazlar” və sair bu kimi şərhlər yazaraq, rəqqasəyə atmaca atıblar.

1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub