Kambocalı aktrisa Denni Kvan həddən artıq seksual olmaqda ittiham olunub.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, Kambocanın Mədəniyyət Nazirliyi aktrisanın çox seksual görüntüsü olduğunu əsas gətirərək onun filmlərdə çəkilməsinə qadağa qoyub.
Mədəniyyət və İncəsənət Nazirliyi 24 yaşlı aktrisanın əsasnaməylə bağlı qaydaları pozduğunu dilə gətirib. Sosial şəbəkədə 300 mindən çox abunəçisi olan Kvan ittihamları rədd edərək, digər aktrisaların rollarından fərqli və həddən artıq seksual obrazlar oynamadığını bildirib.
Kvan "Kambocada çoxsaylı qadın aktrisaların filmlərdə soyunur, öpüşür və erotik səhnələrdə yer alır. Mən öz mədəniyyətimi bilirəm və buna görə davranıram. Kiməsə narahatlıq vermək istəmirəm", - deyə bildirib.
Qadın Haqları Təşkilatları isə Mədəniyyət Nazirliyini ayrı-seçkilik etməkdə günahlandırıb.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub