Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Mynews.az telegraf.com-a istinadən verdiyi məlumata görə, Əməkdar artist səhhəti haqda özü məlumat verib:
“Axşam saat 2 radələrində özümü pis hiss etdim və “təcili yardım” vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacağam. İnsult keçirməmişəm”.
Aktyor xəstəliyinin işi ilə bağlı olmadığını deyib: “İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam”.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub