Aktyor Səlim Ərdoğan Mərmərədə qaldığı evdə aparılan əməliyyat zamanı tapılan narkotik maddəyə görə həbs olunmuşdu.
Mynews.az axşam.az-a istinadən bildirir ki, aktyor "İçerde" serialında çəkildikdən sonra "Məryəm" adlı yeni başlayacaq serial üçün kamera qarşısına keçibmiş. Martda çəkilişləri başlayan ekran işinin ilk 4 seriyası artıq hazır imiş.
Əsas rollardan birini canlandıran S.Ərdoğanın həbsindən sonra çəkilən seriyalar ziyan olub. Hər seriya üçün 7 min lirə alan aktyorun tərəf müqabilləri Furkan Andıç, Ayça Ayşin Turan, Serenay Aktaş və Açelya Topaloğlu imiş.
Bir müddətlik fasilədən sonra çəkilişləri yenidən başlayan seriala görə şirkət 300 min lirə ziyana düşüb.
Qeyd edək ki, S.Erdoğan ata olduğunu da ötən ay öyrənibmiş internetdən tanıdığı bir qadınla birgə olan aktyor DNT testi etdirib və körpənin onun qızı olduğunu öyrənib.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub