26 yaşlı britaniyalı müğənni Rita Ora "Tezenis" brendinin yeni çimərlik geyimləri kolleksiyasının reklamına çəkilib.
Mynews.az TMZ-yə istinadən bildirir ki, müğənni fotosessiyadan bəzi fotolar və tizer videosunu İnstagram-dakı profilində paylaşıb.
R.Oranın İnstagram proflinin daimi təqibçilərinin sayı 11,6 milyona çatıb.