“Azərbaycanda fənn kurrikulumlarının valideynlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işi gücləndirilməlidir”.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu təhsil naziriMikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, məktəb proqramları vaxtaşırı yenilənməli, şagirdlərə elmlərin əsasları dərindən öyrədilməli, məktəblərdə alınan biliklər həyatda tətbiq edilməlidir.
Nazir qeyd edib ki, ölkədə ibtidai təhsildə məntiqli düşüncə, ümumi savad və həyati vərdişlərin öyrədilməsinə, ana dili və riyaziyyatın tədrisinə önəm verilməlidir. Onun sözlərinə görə, xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmalıdır:
“Qloballaşma şəraitində gənclərin bir neçə dili bilməsi əhəmiyyətlidir. Bu gün iş yerlərini İKT olmadan da təsəvvür etmək mümkün deyil. Beynəlxalq araşdırmalarla müəyyən edilib ki, kütləvi İKT savadlılığının ölkəyə verdiyi xeyir sənaye sahəsinin verdiyi xeyirdən bir neçə dəfə çoxdur.
Buna görə, İKT bacarıqları insanın inkişafı üçün aparıcı amillərdən hesab edilir. Gənclərin vətəndaş kimi formalaşmasında, hər bir məktəblinin vətənə məhəbbət hissi, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzmi ruhunda tərbiyə olunmasında milli ruh, özünüdərk hisslərinin aşılanması mühüm əhəmiyyət kəsb edir”.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub