Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 3 nəfər 700 bal toplayıb.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, qəbul imtahanında bütün suallara doğru cavab verməklə rekorda imza atan abituriyentlərdən biri Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Məmmədzadə Arzu Ramil qızı Femida.az-a açıqlama verib.
O, 700 bal toplamağının özü üçün sürpriz olmadığını deyib:
"Bacım ötən il yüksək bal toplamışdı. Yüksək bal toplayacağıma inanırdım. Buna görə də 700 bal toplamaq mənim üçün sürpriz olmadı. Yüksək nəticə göstərmək üçün çox çalışmaq və kənar əyləncələrdən imtina etmək lazımdır".
Hansı universitetə qəbul olmaq istədiyinə gəldikdə isə o müəllimləri ilə məsləhətləşdikdən sonra bu barədə qərar qəbul edəcəyini bildirib. Lakin əvvəllər Qafqaz Universitetində təhsil almaq arzusunun olduğunu da gizlətməyib:
"Qafqaz universitetinə qəbul olmaq istəyirdim. Lakin sonradan fikrimi dəyişdim. İndi yəqin ki, ya Dövlət İdarəçilik Akademiyası, ya da Dövlət İqtisad Universitetini seçərəm. İxtisas baxımından isə menecmentlə beynəlxalq münasibətlər ixtisası arasında seçim edəcəyəm".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub