18 yaşlı gənc döş xərçəngini aşkar edən alt geyimi hazırladı - VİDEO

Elm
1355
18 yaşlı gənc döş xərçəngini aşkar edən alt geyimi hazırladı - VİDEO

18 yaşında bir gənc ağciyər xərçəngindən sonra ən çox ölüm halları müşahidə edilən döş  xərçənginə erkən diaqnoz qomaq üçün alt geyimi hazırlayıb.

Bu geyim gələcəkdə ortaya çıxa biləcək xərçəngin əlamətlərini araşdırır.  

Meksikada yaşayan Julian Rios Cantu adlı 18 yaşlı bu gənc tələbədir və hazırladıı alt geyiminə EVA adını verib. Bu geyimə döşlərin temperaturu, kilosu və şəkli ilə döş xərçəngində potensial göstəricilərdə baş verən fərqlilikləri tapması üçün 200 biosensor yerləşdirilib. Məsələn, geyim sinədə yüksək istilik hiss edərsə, bunun səbəbi bir şiş böyüməsi ilə bağlı həmin bölgəyə daha çox qan axını gəldiyi anlamına gələ bilər.  

Bu vaxta qədər xərçəngi məhv etməyə çalışan elm insanlarına sanki dərs keyfiyyətində fikir verən Cantu, xərçəngi yenə də onu erkən diaqnoz etməyimizi təmin edəcək geyim texnologiyalarının inkişaf etdirilə biləcəyini hər kəsə göstərdi.   Hər xərçəngin özünə görə əlamətləri var və bu texnologiya qurusu sayəsində bir çox xərçəng növünü və digər xəstəlikləri anında tapmaq olar. Gələcəkdə beyinə taxılan bir çip, bütün vücudumuzu analiz edərək xəstə bölgələrimizi bizə bildirə bilər.  

EVA adlandırılan altgeyimini günün hər saatında geyinmək məcburi deyil. Hər gün 1 saat geyilməsi kifayətdir. Geyim həftədə bir dəfə geyinilsə belə erkən diaqnoz qoymaq üçün yetərli  olacaqdır.  

Gənc ixtiraçı bu kəşfi ilə GSEA-larda 13 gənc ixtiraçını keçərək 20.000 dollarlıq mükafata sahibi olub. Bu pulu ixtira etdiyi altgeyimini  inkişaf etdirməyə kifayət olmasa da, artıq bir çox firma bu texnologiya üçün sərmayə qoymağa hazırdır.   

Xəbər lenti