Əlavə təhsil fəaliyyəti üzrə Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyaya malik, maliyyə və mühasibat uçotu üzrə ən müasir bilik standartlarını tətbiq edən Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi bir sıra istiqamətlər üzrə ödənişli təlimlərə start verir.
Mynews.az-ın verdiyi məlumata görə, bu istiqamətlərə “Kommersiya təşkilatlarında Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları əsasında praktik mühasibatlıq” (sıfırdan mühasibatlığın öyrədilməsi, maliyyə, vergi, dsmf, statistik hesabatların hazırlanması və təqdim edilməsi qaydaları); “Büdcə təşkilatlarında mühasibat uçotunun praktik təşkili” (sıfırdan mühasibatlığın öyrədilməsi, mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydaları); Mühasiblərin Peşəkar Sertifikasiya Proqramı (MPS) üzrə: Maliyyə uçotu; Vergi uçotu; İdarəetmə uçotu; Maliyyə hesabatlarının hazırlanması; digər təlim və xidmətlər daxildir.
Ətraflı məlumat üçün +(994 12) 4048150 və +(994 12) 4048159 əlaqə telefonları, həmçinin www.tedris-maliyye.gov.az, [email protected] və [email protected] elektron ünvanları vasitəsilə əlaqə saxlamaq mümkündür.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub