Fiziki müalicədə istifadə ediləcək, eyni anda diaqnoz qoyub müalicə tətbiq edə bilən reabilitasiya robotu düzəldilib.
Mynews.az deyerler.org-a istinadən bildirir ki, təxminən 15 ildir fiziki müalicə məqsədli məşq robotu hazırlamaq üçün tər tökən mütəxəssislər dünyadakı nümunlərdən qat-qat üstün olan robot hazırlamağı bacardı. Bu mövzuda 2004-cü ildən etibarən işlədiklərini dilə gətirən mütəxəssislər, robot barəsində məlumat verdilər: "İlk olaraq məşq robotu olan və diz üçün işləyən robotu hazırladıq. Ardından da bilək və qol üçün istifadə edilən ikinci robotu keçən il hazırladıq. Bu robotlar süni zəka ilə işləyən sistemlərdir. Sistemin proqramlarında hərəkətlər öyrədilir və sistem bunları təkrar edə bilir. Bundan əlavə, xəstədən gələn reaksiyalara cavab verərək, müalicə müddətində dəyişikliklər edə bilir. Sistem hərəkətləri yaddaşında saxlayır. Bu məlumatları nəzərdən keçirib müalicə edir. Sistem, xəstənin yaxşılaşma müddətini obyektiv olaraq ölçüb, təqib edə bilir. İnternet əsaslı olduğu üçün məlumatları müalicə mərkəzinə çatdırır. Mütəxəssislər də buna görə üsul təyin edir".
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub