Alimlər beyni ən zəif işləyərək komada qalan xəstəni vəziyyətdən çıxara biliblər. Onlar vegetativ vəziyyətdə olan 2 xəstəni və beyni zəif stimulyasiya edilən 13 nəfəri vəziyyətdən xilas edə biliblər. Bunu Belçikanın Leja Universitetinin alimləri əldə ediblər. Onlar bu effekti xəstələrin üzərində 1 həftə ərzində apardıqları müalicələr nəticəsində əldə ediblər.
Mynews.az immunitet.az-a istinadən bildirir ki, ekspertlər bu üsulun ambulator şəraitdə bəzi əsəb xəstəlikləri zamanı tətbiq edilə biləcəyini söyləyirlər. Araşdırmalarda iştirak edən nevroloq Ororom Tibaytom müalicə zamanı elektrodları baş-beynin periferik kökünə yerlşdirməklə 2 saat ərzində komada olan xəstələrin hərəki reaksiyalarını izləmişdir.
Alimlər əldə edilən nəticənin faydasını gördükdən sonra bunu 16 xəstə üzərində yenidən müalicəni tətbiq etmiş və zədələnmiş beyni 3 ay boyunca nəzarət altında saxlamışlar. Onlar araşdırmalar zamanı xəstələrin yarısının beyninin gün ərzində 20 dəqiqə, 5 gün ardıcıl olaraq tətbiq etmişlər. Bu zaman elektrod tətbiq edilən xəstədə beyin hüceyrələrinin az da olsa aktivləşməsi, elektrod tətəbiq edilməyən koma xəstələrdə isə heç bir effektin olmaması müşahidə edilib. Müalicənin birinci həftəsinin sonunda komada olan xəstələrdən ikisi həkimlərin suallarına aydın cavab vermiş, bədənlərinin bütün hissələrini ayrı-ayrılıqda tərpədə bilmişdir.
Mütəxəssislər indi də komada olan xəstələr üzərində araşdırmalar aparır və xəstələyin həyata qaytarmaq üçün yeni üsullar axtarırlar.