Masallı rayon Kürdəbaz kənd ümumi məktəbinin müəllim və şagird heyəti məktəblərinin ləğv edilərək başqa məktəblə birləşdirilməsini istəmir.
Məktəb heyətindən daxil olan müraciətdə deyilir ki, məktəbin həyətyanı sahəsinin ələ keçirilməsində maraqlı olan İcra nümayəndələrinin istəyi ilə Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov belə bir təşəbbüs irəli sürüb: “ Tariyel Əkbərov həm də kənd məktəbinin göstəricilərinin çox zəif olduğunu deyir. Amma bu, yalandır. Hazırda məktəbdə 87 şagird, 14 müəllim heyəti var. Kürdəbaz kənd ümumi məktəb 1989-cu ildən fəaliyyət göstərir və rayon sakinləri tərəfindən tikilib”.
Mynews.az Lent.az-a istinadən bildirir ki, Şikayətçilər deyir ki, Kürdəbaz kənd ümumi məktəbi qonşu Qarğalıq kənd məktəbi ilə birləşdiriləcək: “Kəndlər arasında 4 km məsafə var. Tutaq ki, birləşdirilsə, soyuq havalarda uşaqlar üçün çətin olacaq. Bizim kəndi ümumiyyətlə təcrid etmək istəyirlər. Kəndimizdə nə kitabxana, nə mədəniyyət klubu var. Məktəbi də yox etmək istəyirlər”.
Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov isə deyir ki, Kürdəbaz və Qarğalıq kənd məktəbləri arasında 4 km deyil, 1.5 km məsafə var: “ Son təhsil göstəriciləri də göstərir ki, bu məktəbdən ali məktəbə qəbul olan yoxdur. Birləşdirmək istədiyimiz Qarğalıq kənd məktəbi isə 620 nəfərlik məktəbdir. Kürdəbaz kənd ümumi məktəbinin müəllimləri ilə bağlı Komissiya yaradılıb. Onlara rayon ümumtəhsil müəssisələrində mövcud olan bütün vakansiyalar təqdim ediləcək. Kim hansını istəsə, seçə bilər. Ancaq istəməyənlər Qarğalıq kənd tam məktəbində işləyəcək. Bizə keyfiyyət lazımdır və bütün işlər "Təhsil haqqında" qanuna uyğun aparılır”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub