Yaponiyada Tokio Universitetinin startapı olan "Xenoma” şirkəti tərəfindən insanın hərəkətlərini qeydə alaraq müvafiq informasiyanı mobil qurğu və ya kompüterə ötürmək qabiliyyətinə malik, çoxsaylı sensorla təchiz edilmiş futbolka ixtira edilib.
Mynews.az unikal.org-a istinadla xəbər verir ki, bu futbolkanın əsas özəlliyi videokameralardan istifadə etmədən insan hərəkətlərinin tanınması dəqiqliyidir. Gələcəkdə bu qurğunun köməyi ilə müxtəlif xəstəlikləri müəyyənləşdirmək və ya videooyunlarda personajları idarə etmək mümkün olacaq.
Şirkətdən hesab edirlər ki, futbolka bir çox sahələrdə tətbiq edilə bilər: insana idmanda öz bacarıqlarını yaxşılaşdırmağa, nəqliyyat vasitəsi, hətta təyyarə idarə etməyi öyrənməyə kömək edə bilər. Hərəkətin tanınması üzrə müasir texnologiyaların əksəriyyəti kameralardan istifadəyə əsaslanır, ancaq "Xenoma” şirkətinin futbolkası informasiyanı onun üzərinə qurulmuş 14 sensordan toplayır.
Toplanmış məlumatları dərhal kompüter və ya mobil qurğuya ötürmək mümkündür. Həmçinin futbolkanı yumaq olar. Bu futbolka 100 dəfə yuyulsa da öz funksionallığını itirməyəcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub