Sabah 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi başa çatır.
Mynews.az APA-ya istinadən məlumatına görə, iyulun 29-dan başlayan ixtisas seçimi avqustun 10-u saat 23:29-da başa çatacaq. Bu gün saat 10:30-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 38958 abituriyent elektron ixtisas seçimi edib.
Onlardan 35383-ü Azərbaycan, 3575-i isə Rus bölməsinin məzunlarıdır. İxtisas seçimi edən 38958 abituriyentin 13697 nəfəri 1-ci, 11958 nəfəri 2-ci, 10441 nəfəri 3-cü, 2862 nəfəri isə 4-cü ixtisas qrupu üzrə sənəd verib. Avqustun 5-dən isə 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb.
Avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər iştirak edir.
Bu gün saat 10:30-dək V ixtisas qrupu üzrə 1411 abituriyent ixtisas seçimi edib. Onlardan 1215-i Azərbaycan, 196-sı rus bölməsinin məzunudur.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub