Amerikalı elm adamları yaratdıqları nanoçip ilə bədəndəki yara və zədələnmiş orqanları sağaltmağı bacarıb.
Metbuat.az xəbər verir ki, araşdırmaya görə, gələcəkdə inkişaf etdiriləcək nanoçip ilə yaşlı və ya ölən hüceyrələri genlərlə birləşdirərək yeniləmək mümkündür.
Bədəndə olan müxtəlif yaraların sağalmasını bəzən günlərlə gözləmək vaxt aparır. Ohio Universitetindəki Vexner Tibb Mərkəzi elm adamlarının inkişaf etdirdiyi nanoçip sayəsində artıq yaralar qısa müddətə sağala bilər.
Nanoçip eyni zamanda, zədələnmiş orqanları da təmir edir. “Toxuma nano-transfeksion” adı verilən üsul ilə yaraların üzərinə qoyulan nanoçiplər yaydıqları elektrik dalğaları vasitəsi ilə hüceyrələrdən genlərə elektrik yayaraq, hüceyrələrin başqa şəkil almasını təmin edir. Beləliklə, yaşlanmış hüceyrələr gəncləşir.
Araşdırmaçılara görə, test edilən nanoçip ilə yaşlı və ya ölən hüceyrələri genlərlə bir əlaqəyə salaraq yeniləmək mümkündür. Araşdırmanı aparan komandanın rəhbəri Çandan Sen gələcəkdə daha da inkişaf etdirilmiş nanoçiplər ilə yaraları və zədələnmiş orqanları tamamilə sağaltmağın mümkün olacağını açıqlayıb.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
562 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
551 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
526 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
526 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
524 dəfə oxunub