ABŞ-ın Kaliforniya ştatında çimərliyin üzərində yaranan nəhəng bulud axınının göyüzünü örtməsi insanlara qorxulu anlar yaşadıb.
Mnews.az-ın Türkiyə mediasından əldə etdiyi xəbərə görə, internetdə paylaşılan videoda göyüzünün anidən qaraldığı, güclü küləyin əsdiyi və filmlərdə təsvir olunan “qiyamət”i xatırladan nəhəng bir buludun çimərliyin üzərini örtdüyü görünür.
Videonu paylaşan şəxs bunları qeyd edib: “Çətirlər uçub getdi, hər yer qumla örtüldü, insanlar çimərliyi tərk etmək üçün qaçmağa başladı. Qorxunc bulud bir neçə dəqiqə ərzində üzərimizdən keçərək getdi və yenidən günəş çıxdı”.
Bəzi internet istifadəçiləri hadisə ilə bağlı bəzi şərhlər verməyə başlayıb. Onların dediklərinə görə, çimərliyin üzərindən keçən nəhəng buludların arasında yaplanetlilər gizlənib. Başqa biriləri bunu dünyanın sonu kimi qələmə verib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub